​Ərdoğan və Putin telefonla danışdılar

​Ərdoğan və Putin telefonla
17:40 28.04.2022
152 Dünya
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

SÜLH.İNFO.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb.

O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək. Ölkə liderləri həmçinin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların mübadiləsi barədə də fikir mübadiləsi aparıblar.