​Bayden Ukraynaya əlavə yardımın məbləğini açıqladı

​Bayden Ukraynaya əlavə yardımın məbləğini
19:20 28.04.2022
158 Dünya
A- A+

ABŞ Prezidenti Co Bayden növbəti 5 ay ərzində Ukraynaya dəstək üçün 33 milyard dollar hərbi, iqtisadi və humanitar yardım üçün Konqresə müraciət edəcəyini bildirib.

SÜLH.İNFO.az xəbər verir ki, ABŞ lideri konqresmenlərin bu yardım paketini təsdiqləmələrinin vacib olduğunu deyib.

Qeyd olunub ki, təklifə 20 milyard dollardan çox hərbi yardım, 8,5 milyard dollar iqtisadi yardım və 3 milyard dollar humanitar yardım daxildir.