​Yanğının söndürülməsinə FHN-in helikopterlər cəlb edilib

​Yanğının söndürülməsinə FHN-in  helikopterlər
21:00 28.04.2022
152 Hadisə
A- A+

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FHN-dən verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.