​Rusiya zabitləri Ukraynada öz əsgərlərini güllələyir - İDDİA

​Rusiya zabitləri Ukraynada öz əsgərlərini güllələyir
21:21 28.04.2022
113 Dünya
A- A+

Rusiya ordusunun zabitləri Ukraynadakı əsgərlərini hücuma keçməyə məcbur etmək üçün onları güllələməyə başlayıblar. 

32gun.az xarici mediaya istinadla məlumat verir ki, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında döyüşən Rusiya ordusu alayının komandirinin Ukrayna Təhlükəsizlik Xidmətinin ələ keçirdiyi yazışmaları bunu sübut edir.

“Mənimkilər də çox qorxurlar. Hamısı gücsüzdür. Mən onların nə mənəvi, nə də fiziki olaraq qaldıra bilmirəm. Hətta güllələyirəm. Və heç bir faydası yoxdur”, - zabit gileylənir.

Səsli mesajlarda o, “yeni əlavə qüvvədən” nə qədər narazı olduğunu da bildirir.

“Burada hər kəs tamamilə ruhdan düşüb. Bölmələrdə ən yaxşı halda 10-15 nəfər qalıb. Zabitlər təşviş içindədirlər, hər şeyin bitməsini istəyirlər. Hücuma keçdik, yarı yolu getdik, yayınmağa başladılar, hər tərəfdə çaxnaşma var”, - Rusiya ordusunun hərbçisi deyir. 

Rusiya hərbçisi zabitlərin də eyni əhval-ruhiyyədə olduğunu etiraf edirlər. Onun düşündüyü tək şey mümkün qədər tez evə getməkdir.