​"Polşa Ukraynaya hərbi qüvvələrini yeritməyə hazırlaşır" - Rus kəşfiyyatı

​
23:20 28.04.2022
121 Dünya
A- A+
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Polşanın qərbi Ukrayna sərhədindən ölkəyə hərbi qüvvələrini daxil etməyə hazırlaşdığını bildirib.
 
 
SÜLH.İNFO.az xəbər verir ki, direktorun son yayılmış bəyanatında Vaşinqtonla Varşavanın planı barədə məlumat verilir.
 
 
"Xarici kəşfiyyat mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Vaşinqton və Varşava birgə plan hazırlayaraq, Polşa hərbi qüvvələrinin Ukraynanın qərbinə "rus aqressiyasından müdafiə" şüarı altında girməsi planlaşdırılır.
 
 
Hazırda Bayden adminstrasiyası bu missiyasının detallarını müzakirə edir. Əldə olunmuş razılığa görə, bu missiya NATO mandatı və dəstəyi olmadan, "arzu edən dövlətlər" iştirakı kimi nəzərdə tutulub.
 
 
Polşa xüsusi xidmət orqanları Ukrayna elitası ilə əlaqə yaratmağa çalışır. Onlar Ukraynanın qərbində möhkəmlənmək istəyirlər. Polşa sülhməramlılarının daxil olduğu ərazilərdə Varşava idarəçiliyi ələ alacaq. Bu isə Ukraynanın parçalanması deməkdir".
 
 
Gedişata baxdıqda belə güman etmək olar ki, Polşa Birinci Dünya Müharibəsindəki gedişi təkrarlamaq istəyir. O dövrdə kollektiv Qərb Atlanta birliyi simasında Varşavanın Ukrayna ərazisinə daxil olub, bolşevik təhlükəsinin qarşısını almaq əməliyyatlarına başlamasına dəstək vermişdi.
 
 
Daha sonra bu ərazilər Polşa dövlətinin tərkibinə daxil edildi. Hadisələr "Böyük Polşa"nın qurulması ideyası və planının hələ də qüvvədə olduğunu göstərir.