​Sumqayıtdakı yanğın məhdudlaşdırılıb

​Sumqayıtdakı yanğın
09:20 29.04.2022
119 Hadisə
A- A+

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə SÜLH.İNFO.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.