​Rusiya hərbçiləri ukraynalıların 60 ton taxılını oğurlayıb

​Rusiya hərbçiləri ukraynalıların 60 ton taxılını
12:00 29.04.2022
126 Dünya
A- A+

"Rusiya işğalçıları kəndliləri qarət edir".

SÜLH.İNFO.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Qeyd olunub ki, Rusiya ordusu tərəfindən Kamyanka-Dnerovskaya şəhərinin kənd təsərrüfatı anbarından 60 tondan artıq taxıl yük daşıyıcı ilə birlikdə oğurlanıb.

Bildirilib ki, son sutkada Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin 15 hava hədəfini vurub, bir təyyarəsini, 5 qanadlı raketini və 9 əməliyyat-taktiki səviyyəli PUA-sını məhv edib.

"Donetsk və Luqansk vilayətlərində Ukrayna Silhalı Qüvvələri düşmənin 9 hücumunun qarısını alıb, 9 tankını, 12 “T” zirehli texnikasını, bir artilleriya sistemini, bir avtomobilinin və bir zenit-raket qurğusunu sıradan çıxarıb”, - məlumatda bildirilib.