​“İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq

​“İstilik təchizatı haqqında” qanun layihəsi
17:40 29.04.2022
256 Toplum
A- A+

Azərbaycanda “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq.

SÜLH.İNFO.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncamında əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə 9 (doqquz) ay müddətində Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.