​Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürüb

​Neftçalada inək 63 yaşlı kişini vuraraq
09:00 30.04.2022
137 Hadisə
A- A+

Neftçala sakinini inək vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.

R. Paşayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.