​ASCO Transxəzər marşrutu ilə ilk dəfə Hövsan limanına yük çatdırıb

​ASCO Transxəzər marşrutu ilə ilk dəfə Hövsan limanına
10:40 30.04.2022
318 Ölkə
A- A+

"Azərbaycn Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə ilk dəfə Hövsan limanına yük çatdırıb.

Bu barədə SÜLH.İNFO.az -a  ASCO-dan məlumat verilib.

Məlumata görə, yük ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə daşınıb, Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.

Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlər boşaldılır.