​"Fitrənin pulla çıxarılması daha məqsədəuyğundur" - QMİ sədrinin müavini

​
14:20 02.05.2022
144 Toplum
A- A+

"Bu günə həm də fitr bayramı deyirlər. Bu bayramın da özəlliyi insanların fitrə çıxarmasıdır".

SÜLH.İNFO.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bu, ailədə hər bir fərdə görə 10-15 manat civarında hesablanıb: "Mən xahiş edirəm, insanlarımız fitrəni pulla çıxarsınlar. Çünki belə daha məqsədəuyğundu".

Onun sözlərinə görə, belə olan halda həmin məbləğ ehtiyaclara uyğun xərclənə bilir:

"Pulla çıxarılmanın özəlliyi odur ki, belə olan halda, ehtiyacı olan kəslər həmin məbləği məhz həmin ehtiyaca xərcləyə bilirlər".