​Bakıda qadını maşın vurub öldürdü

​Bakıda qadını maşın vurub
15:20 02.05.2022
168 Hadisə
A- A+

Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Elnarə Ağayevanı vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.