​İranda 5 nəfər saxta içkidən ÖLDÜ

​İranda 5 nəfər saxta içkidən
21:20 02.05.2022
174 Dünya
A- A+

İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb.  

SÜLH.İNFO.az  xəbər verir  ki, Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyanın sözlərinə görə, 48 nəfər spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya qaldırılanlardan 5-nin dünyasını dəyişdiyini qeyd edən Nevruzian vəziyyəti ağır olan 11 nəfərin reanimasiya şöbələrində müalicə olunduğunu bildirib.

Digər tərəfdən, Bəndər Abbas şəhər polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan saxta içki paylayan şəxslərin müəyyən edildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.