İtaliyalı futbolçu İvan Luka Vavassori əcnəbilərdən ibarət könüllü legionun tərkibində Ukraynada döyüşərək yaralanıb.
SÜLH.İNFO.az xəbər verir ki, o, Mariupoldan insanların təxliyəsi ilə məşğul olub və Rusiya hərbçilərinin atəşinə məruz qalıb.
"Mənim üçün kifayət edir. Geri qayıtmaq vaxtıdır, daha irəli getməyə hazır deyiləm. Düşünürəm ki, kömək etmək üçün əlimdən gələni etdim, Ukrayna xalqına vaxtımdan və həyatımdan bir pay verdim. Amma indi xoşbəxt olduğum yerə qayıdıram”, - Vavassori bildirib.
Qeyd edək ki, Vavassori İtaliyanın “Alçone”, “Lenyano”, “Pro Patriya” klublarında çıxış edib.