​Azərbaycanda 4 tona yaxın kolbasa və sosiska məhv EDİLDİ - FOTO

​Azərbaycanda 4 tona yaxın kolbasa və sosiska məhv
17:00 03.05.2022
179 Toplum
A- A+

İstehlaka yararsız kolbasa və sosiska məmulatları məhv edilib.

Bu barədə SÜLH.İNFO.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, fiziki şəxs Cəfərov Səxavət Ərəstun oğlunun Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3750 kq kolbasa və sosiska məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.