​Şəmkirdə avtomobil obyektə çırpıldı - ölən və yaralı var

​Şəmkirdə avtomobil obyektə çırpıldı
18:40 03.05.2022
153 Hadisə
A- A+

Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

SÜLH.İNFO.az report-a istinadən xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya çatdırılıb. Lakin N.Əliyevin dünyasını dəyişdiyi məlum olub. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.