​Ötən ay azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

​Ötən ay azad edilən ərazilərdə aşkarlanan minaların sayı
14:40 04.05.2022
362 Qarabağ
A- A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan SÜLH.İNFO.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 701.5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.