​Bakı bulvarında sərxoş şəxs özünü dənizə atdı

​Bakı bulvarında sərxoş şəxs özünü
13:20 05.05.2022
239 Hadisə
A- A+

Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.

Araşdırma aparılır.