​Ukraynada vətənə xəyanətdə təqsirləndirilən bloger saxlanıldı

​Ukraynada vətənə xəyanətdə təqsirləndirilən
14:20 05.05.2022
246 Dünya
A- A+

Ukraynada vətənə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Şəri İspaniyada saxlanılıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. 

“İspaniyanın hüquq-mühafizə orqanları A.Şərini  2022-ci il mayın 4-də saxlayıb”, - deyə məlumatda bildirilir.

Şəri Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət törətməkdə şübhəli bilinir.