​Bakıda yanğın olub, zərərçəkən var

​Bakıda yanğın olub,
13:00 08.05.2022
240 Hadisə
A- A+

Bakıda yanğın hadisəsi olub.

Bu barədə SÜLH.İNFO.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb.

Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.