​Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb

​Oğuzda dağda 43 yaşlı kişinin
21:20 09.05.2022
247 Hadisə
A- A+

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb.

Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.

Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.

D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir.