​Şri-Lankada iğtişaşlar zamanı deputat öldü

​Şri-Lankada iğtişaşlar zamanı
14:00 10.05.2022
521 Dünya
A- A+

Şri-Lankanın hakim partiyasından olan deputat hökumət əleyhinə nümayişçilərlə toqquşma nəticəsində həlak olub.

SÜLH.İNFO.az xarici KİV-ə  istinadən xəbər verir ki, ölkədə hökumət əleyhinə etirazlar gücləndiyi üçün nümayişçilər hakim Rajapaksa ailəsinə və bəzi deputatlara məxsus bir neçə evi yandırıblar.

Qeyd edək ki, bazar ertəsindən bu yana ölkədə 7 nəfər ölüb, 190-dan çox insan yaralanıb. Bununla yanaşı, müxalifət və etirazçıların artan təzyiqindən sonra baş nazir Mahinda Rajapaksa istefa verib və ölkə daxilində komendant saatı elan edilib.