​Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib

​Ukraynanın ilk prezidenti Leonid Kravçuk
19:00 10.05.2022
362 Dünya
A- A+

Ukraynanın ilk prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra vəfat edib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Ukrayna İnformasiya Agentliyinə siyasətçinin ailəsindən bildirilib.

Qeyd edək ki, bu ilin yanvarın 10-da Kravçukun 88 yaşı tamam olub. Onun səhhətində problem 2021-ci ilin iyununda yaranıb. Sabiq dövlət başçısı Kiyevdəki xəstəxanalardan birində ürəyindən əməliyyat olunub.