Daşkəsəndə evdən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə fevralın 27-də rayon ərazisindəki evlərin birindən 9300 manat pul və qızıl-zinət əşyaları oğurlaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş E.Kotusenko saxlanılıb.