​İşini itirən ukraynalıların sayı açıqlandı

​İşini itirən ukraynalıların sayı
23:00 11.05.2022
275 Dünya
A- A+

Rusiyanın Ukraynaya hücumundan sonra təxminən 4.8 milyon ukraynalı işini itirib.

SÜLH.İNFO.az CNN-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatında bildirilib.

Bildirilib ki, döyüşlərdə eskalasiya olacağı təqdirdə işsizlərin sayı 7 milyon nəfərə çatacaq. Müharibə indi dayandırılsa, 3.4 milyon ukraynalı öz iş yerinə qayıda bilər.

İşini itirmiş 4.8 milyon ukraynalıdan 1.2 milyon nəfəri qaçqına çevrilib. 3.6 milyon işsiz isə hazırda Ukraynadadır.