​Beyləqanda bələdiyyə sədri cəzalandırıldı

​Beyləqanda bələdiyyə sədri
18:00 12.05.2022
276 Toplum
A- A+

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə SÜLH.İNFO.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub: "Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib”.