​Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb

​Yuxarı Qarabağ kanalında batan şəxsin
19:00 12.05.2022
211 Hadisə
A- A+

Aprelin 27-də Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun axtarışları başa çatıb.

SÜLH.İNFO.AZ bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

E.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 10 km aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.