​Taekvondo üzrə dünya çempionatı Bakıda keçiriləcək

​Taekvondo üzrə dünya çempionatı Bakıda
20:00 12.05.2022
238 İdman
A- A+

Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.

SÜLH.İNFO.az-ın  məlumatına görə, bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Bakı 2023-cü ildəki nüfuzlu yarışa ev sahibliyi edəcək. Mundialın dəqiq tarixi yaxın vaxtlarda təsdiqlənəcək.

Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.