Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirib.
Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır. Məsələn, bir şəxs Həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.
Bu il Azərbaycan vətəndaşı olan istənilən şəxs Həcc ziyarətə gedə bilər. Başqa ölkə vətəndaşları isə Azərbaycandan ziyarətə gedə bilməyəcəklər. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi.