​Bakıda dölü bağ evinin həyətinə atan qadın SAXLANILDI (YENİLƏNİB)

​Bakıda dölü bağ evinin həyətinə atan qadın
15:20 13.05.2022
110 Hadisə
A- A+

Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.