​Şoyqu ABŞ müdafiə naziri ilə müzakirə APARDI

​Şoyqu ABŞ müdafiə naziri ilə müzakirə
19:40 13.05.2022
292 Dünya
A- A+

ABŞ müdafiə naziri Llloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
"Mayın 13-də müdafiə naziri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Bu, fevralın 18-dən bəri tərəflər arasında ilk telefon danışığıdır. Müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb", Pentaqon sözçüsü bildirib.