​Azay Quliyev 3 ölkə ilə bağlı hesabat hazırlayacaq

​Azay Quliyev 3 ölkə ilə bağlı hesabat
22:40 13.05.2022
277 Ölkə
A- A+

ATƏT PA-nın vitse -prezidenti və Cənubi Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev mayın 8-dən 13-nə kimi Şimali Makedoniya, Albaniya və Monteneqroda səfərdə olub, səfər zamanı bu ölkələrin parlamentariləri, hökumət rəsmiləri və siyasi partiya təmsilçiləri ilə görüşlər keçirib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə ATƏT PA-nın yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, hər üç ölkədə yüksək səviyyədə qarşılanan xüsusi nümayəndə Azay Quliyev regionun üzləşdiyi bir sıra problemləri və çağırışları ətraflı müzakirə edib. Regionda baş verən proseslər haqqında ətraflı məlumat əldə etmək üçün Şimali Makedoniya, Albaniya və Monteneqroya səfər etməkdən məmnun olduğunu bildirən Azay Quliyev səfərin yekunları və əldə olunan nəticələr barədə hesabat hazırlayacağını qeyd edib.