​"Barselona" mövsümün 2-ci yerini təmin etdi

​
10:00 16.05.2022
116 İdman
A- A+

"Barselona" La Liqada bu mövsüm 2-ci yeri təmin edib.

SÜLH.İNFO.az xəbər verir ki, Kataloniya təmsilçisi 37-ci turda "Xetafe" ilə qolsuz bərabərə qalıb. Xalını 73-ə yüksəldən Xavinin baş məşqçisi olduğu komanda ən yaxın izləyicisi "Atletiko"nu (68 xal) 5 xal qabaqlayıb. Bununla da "Barselona" yarışın bitməsinə 1 tur qalmış 2-ci yeri rəsmiləşdirib.

Qeyd edək ki, "Real" bundan əvvəl çempionluğu təmin etmişdi.