​Tanışına toyuğun içərisində narkotik keçirmək istədi

​Tanışına toyuğun içərisində narkotik
12:00 16.05.2022
120 Hadisə
A- A+

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə SÜLH.İNFO.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə - metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.