​Belarusun baş naziri Azərbaycana gələcək

​Belarusun baş naziri
15:20 16.05.2022
123 Dünya
A- A+

Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.

SÜLH.İNFO.az xəbər verir ki, baş nazir ikigünlük səfəri çərçivəsində Gəncə Avtomobil Zavoduna, "Caspian Agro" və "Interfood" beynəlxalq sərgilərinə, eləcə də "İqlim" Elmi-İstehsalat Müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər zamanı Belarus və Azərbaycan işgüzar dairələrinin biznes görüşləri planlaşdırılır.