​Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

​Prezidentdən Mətin Eynullayevlə bağlı
17:40 16.05.2022
117 Toplum
A- A+

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

SÜLH.İNFO.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilir:

Müşahidə Şurasının sədri

Mətin Eynullayev ‒ Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Müşahidə Şurasının üzvləri

Səməd Bəşirli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri

Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri

Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri”.