​Taxıl sahəsində oynayan 3 yaşlı uşağı ilan sancdı

​Taxıl sahəsində oynayan 3 yaşlı uşağı
11:00 17.05.2022
125 Hadisə
A- A+

Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.

3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.