​Avropa hərbi innovasiyalar mərkəzi yaradılıb

​Avropa hərbi innovasiyalar mərkəzi
21:20 17.05.2022
118 Dünya
A- A+

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Avropa hərbi innovasiyalar mərkəzi yaratmaq qərarına gəliblər.

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel qurumun Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün biz Aİ-yə üzv dövlətlər arasında hərbi innovasiyalar üzrə əməkdaşlığı təşviq etmək və dəstəkləmək üçün Avropa Müdafiə İnnovasiya Mərkəzini yaratdıq", - Borrel qeyd edib.