​İranda silahlı insident: Ölənlər var

​İranda silahlı insident:
12:40 18.05.2022
111 Dünya
A- A+

İranın İlam əyalətində silahlı naməlum şəxs dövlət idarəsində insanları girov götürüb.

SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki,  silahlı şəxs insanlara atəş açaraq 3 nəfəri öldürüb, 5 nəfəri yaralayıb. Daha sonra o intihar edib. 

Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib.  Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.

 Faktla bağlı araşdırma aparılır.