​Magistraturaya sənəd qəbulu başa çatdı

​Magistraturaya sənəd qəbulu
14:00 18.05.2022
121 Sosial
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Bu barədə SÜLH.İNFO.az-a DİM-dən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan bölməsi üzrə 19372, rus bölməsi üzrə 1731 nəfər olmaqlar cəmi - 21103 nəfər ərizəsini təsdiq edib.

İkinci cəhd imtahanına qeydiyyatdan keçənlərin sayı isə Azərbaycan bölməsi üzrə 13760, rus bölməsi üzrə 1079 nəfər olmaqla cəmi - 14839 nəfər olub.