​Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib

​Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti
23:40 18.05.2022
141 Dünya
A- A+

BMT baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, A.Quterreş Türkiyəyə çoxtərəfliliyə verdiyi dəstəyə və BMT-yə verdiyi töhfəyə görə təşəkkür edib.

Baş katib və xarici işlər naziri, həmçinin Ukraynadakı müharibə və digər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Suriya, Liviya, Əfqanıstan və Kiprdə baş verən hadisələr müzakirə olunub.