​Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb

​Lukas Podolski Polşa klubu ilə müqaviləsini
19:00 19.05.2022
262 İdman
A- A+

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın "Qurnik" klubu ilə yeni müqavilə imzalayıb.

SÜLH.İNFO.az  Zabje təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Lukas Podolski 1985-ci ildə Polşanın Qlivitse şəhərində anadan olub. Təcrübəli forvard 2 il sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. O, 2014-cü ildə Bundestimin heyətində dünya çempionu olub.