“Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur. Sözünün üstündə duracaq hörmətli siyasətçilərdən başlayırıq”.
SÜLH.İNFO.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakis barədə deyib.
“Qoy Mitsotakis özü haqqında düşünsün. Bizə yetər. Mən də hesab edirəm ki, ABŞ F-16-larla bağlı Mitsotakisin ağzına baxıb qərar verməyəcək”, - Türkiyə lideri bildirib.