​"Makron mənə PSJ-də qalmağı tövsiyə edib" - Mbappe

​
10:20 24.05.2022
216 İdman
A- A+

Fransa Prezidenti Emmanuel Makron PSJ klubunun futbolçusu Kilian Mbappeyə komandada qalmağı tövsiyə edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə K.Mbappe "Canal+" telekanalının efirində deyib.

"Biz E.Makronla dəfələrlə danışmışıq. Bu, yaxşı məsləhət idi. O, mənim qalmamı istədi və bu, danışıqların bir hissəsi idi. E.Makron futbol haqqında danışdığım bir çox insanlardan biridir", - deyə fransalı hücumçu bildirib.