Müharibənin 90-cı günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 178 təyyarəsi, 125 helikopteri, 995 PUA-sı, 320 zenit-raket kompleksi, 3243 tank və digər zirehli texnikası, 425 reaktiv yaylım atəş sistemi, 1658 artilleriya və minaatanı, 3124 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.