​İtaliyalı memar: “Azad edilmiş ərazilərin bərpası bütün dünya üçün nümunədir”

​İtaliyalı memar:
20:00 24.05.2022
244 Siyasət
A- A+

“Azərbaycanın dizayn və memarlıq sahəsində böyük potensialı var”.

Bunu italiyalı memar Mikele de Lukki ADA Universitetində keçirilən İtaliya Dizayn Günü çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası işləri çox vacibdir, bu işlər bütün dünya üçün transformasiya nümunəsinə çevrilə bilər.

“Rifaha xidmət edəcək və gələcək nəsillərə miras kimi ötürüləcək şeylər yaratmaq vacibdir. Azərbaycana tövsiyəm odur ki, dayanmasınlar və bu ərazilərin bərpası prosesini sürətləndirsinlər”, - Mikele de Lukki deyib.(report)