​Altıgünlük məktəblərdə mayın 30-u iş günüdür

​Altıgünlük məktəblərdə mayın 30-u iş
21:20 25.05.2022
248 Sosial
A- A+

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir".

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

"Altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub", - məlumatda vurğulanıb.