​Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada ölüb

​Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada
22:20 25.05.2022
247 Hadisə
A- A+

Sabirabad rayonunda qatar piyadanı vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gecə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, qatar təxminən 35-40 yaşlarında kişini vurub. O, ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyəti müəyyənləşməyib.

Həmin şəxs bu gün saat 17 radələrində xəstəxanada keçinib.