​"Səbail" klubu bütün legionerləri ilə vidalaşıb

​
23:00 27.05.2022
261 İdman
A- A+

"Səbail" ötən mövsüm komandanın şərəfini qorumuş bütün legioner futbolçuları ilə vidalaşıb.

Bu barədə "Report"a müsahibəsində paytaxt təmsilçisinin yeni baş məşqçisi Mahmud Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, Camal Araqo, Domantas Şimkus və Nikolas Rayselin başa çatan müqavilələri yenilənməyib: "Hazırkı heyətdən demək olar ki, heç kimi komandada saxlamayacağıq. Gedən legionerlərin əvəzinə yeni əcnəbi oyunçular cəlb olunacaq. Yerlilərdən isə bəziləri ilə danışıqlar gedir. Onları saxlamaq istəyirik".

Qurbanov "Səbail"in kapitanı Rahid Əmirquliyevə yeni müqavilə təklif olunduğunu söyləyib: "Rahid bizim kapitanımız, sözü keçən oyunçulardandır. Onunla yeni müqavilə bağlamaqda maraqlıyıq. Danışıqlar davam edir".