​Belçikada ictimai nəqliyyatda maska tələbi ləğv edilib

​Belçikada ictimai nəqliyyatda maska tələbi
13:00 29.05.2022
281 Dünya
A- A+

Belçikada bazar ertəsindən etibarən ictimai nəqliyyatda maska tələbi ləğv edilib.

Bu barədə qərar mətbuatda dərc olunub. Qərarda göstərilir ki, bütün növ ictimai nəqliyyatda bazar ertəsindən etibarən maskadan istifadə könüllü xarakter daşıyacaq.

Bununla belə, tibb müəssisələrində maskadan istifadə tələbi qüvvədə qalır.